10 noyabr 2023 16:12
298

UEFA-dan növbəti təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

“İki sahil” xəbər verir ki,  o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində baş tutacaq San Marino – İtaliya oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma noyabrın 16-da San Marionoda keçiriləcək.