“Hər il keçirilən bu toplantıya indi Azərbaycanın evsahibliyi etməsi sevindirici haldır”.
“İki sahil” xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov İsmayıllıda keçirilən Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yeddinci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir görüşdə gündəlikdə olan məsələlərin müzakirə edildiyini bildirib: "Toplantının əsas məqsədi türkdilli dövlətlər arasında gənclər və idman sahəsi ilə bağlı müxtəlif qərarların qəbul edilməsidir. Vacib məsələlərdən biri də növbəti illərdə keçirilməsi nəzərdə tutulan tədbirlər və turnirlərin təşkilidir. Bununla bağlı hər ölkənin naziri öz təkliflərini irəli sürdü".