09 noyabr 2023 16:00
306

Kişi komandasına qadın məşqçi

Qadınlardan ibarət Ukrayna millisinin sabiq futbolçu İya Andruşçak "Vorskla"nın kişilərdən ibarət U-19 komandasının baş məşqçisi təyin olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna klubunun saytı məlumat yayıb. Tərəflər altı ay müddətinə razılığa gəliblər. Ukraynalı UEFA-nın A kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

Andruşçak Sankt-Peterburqda anadan olub. 2012-2016-cı illərdə Rusiyada "Kubanoçka" (2012-2013) və "Zvezda 2005" (2013-2016) klublarında oynayıb. İya iki dəfə Rusiya çempionatının və üç dəfə ölkə kubokunun qalibi olub.