09 noyabr 2023 09:42
292

İngiltərə və İspaniya klublarının futbolçuları həftənin ən yaxşısı adına namizəddirlər

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

“İki sahil” xəbər verir ki, Avropa futbol qurumu qrup mərhələsinin IV turundan sonra 4 iddiaçını müəyyənləşdirib.

Bunlar Bukayo Saka (“Arsenal”, İngiltərə), Erlinq Holann (“Mançester Siti”, İngiltərə), Rodriqo (“Real”, İspaniya) və Antuan Qrizmanndır (“Atletiko”, İspaniya).

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.