08 noyabr 2023 20:02
354

"Atletiko" Morata ilə müqaviləni uzatdı

"Atletiko"  hücumçusu Alvaro Morata ilə müqaviləni uzadıb.

"İki sahil" insayder Fabrizio Romanonun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilə 2027-ci ilin iyununa qədər qüvvədədir.

Əvvəllər "Los-Anceles Qalaksi"nin forvardı almaqda maraqlı olduğu haqda xəbərlər yayılmışdı.

Qeyd edək ki, Morata ötən mövsümün əvvəli Madrid təmsilçisinə qayıdıb.