“Barselona”nın hücumçusu Robert Levandovski son oyunlarda qol vura bilmir.
“İki sahil” xəbər verir ki, polşalı forvard Çempionlar Liqasının qrup mərhələsində “Şaxtyor”la keçirilən matçda da (0:1) fərqlənə bilməyib. O, bütün yarışlar nəzərə alınmaqla, ardıcıl 6 oyundur qol vura bilmir.
Bu, Levandovskinin “Borussiya”da (Dortmund) oynadığı vaxtdan bəri ən pis seriyasıdır. O vaxt hücumçu 2010-cu ilin dekabrından 2011-ci ilin fevralına qədər (10 matç) qol vura bilməmişdi.
35 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 13 oyuna 6 qol vurub, 4 qol ötürməsi edib.