"Barbi" və "Oppenheymer" əsasında lentə alınacaq "Barbenheymer" filminin rejissorunun kimliyi bəlli olub.
“İki sahil” xəbər verir ki, ekran işinin rejissor kürsüsündə amerikalı rejissor və “Qızıl moruq” anti-mükafatının sahibi Çarlz Band əyləşəcək.
Layihənin süjeti nüvə bombası icad etməyə çalışan oyuncağın hekayəsi üzərində qurulacaq. Film üzərində işlər 2024-cü ildə başlayacaq. Ekran işinin büdcəsi və aktyor heyəti hələlik açıqlanmayıb.
Qeyd edək ki, "Oppenheymer"də həyatı canlandırılan "atom bombasının atası" Robert Oppenheymer obrazını aktyor Killian Mörfi oynayıb. "Barbi"də isə baş rolları Marqo Robbi və Rayan Qoslinq canlandırıb.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub