06 noyabr 2023 16:39
142

Azərbaycan xalqının birliyi

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr hər il “Anım Günü” kimi qyd edilir.2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi davam etmiş 2-ci Qarabağ müharibəsi münaqişənin 30 ilə yaxın diplomatik yolla həll oluna bilməməsi fonunda baş vermiş və Azərbaycan ordusunun müstəsna uğurları ilə nəticələnmişdir. Müharibə zamanı Azərbaycan 5 şəhər, 4 qəsəbə, 286 kənd və Azərbaycan-İran sərhədini işğaldan azad etmiş, 10 noyabr tarixli birgə bəyanata əsasən, dekabrın 11-dək daha 3 şəhər Azərbaycana qaytarılmışdır.Bu gün 30 il davam edən status-kvo artıq mövcud deyil. Status məsələsi gündəlikdən çıxarılmışdır.Azərbaycan işğaldan azad etdiyi torpaqlarında quruculuq işləri aparır. Bununla beynəlxalq ictimaiyyətə tarixi və mövcud reallıqlar da çatdırılır.

Bu yaxınlarda Rusiya rəsmilərindən biri Cənubi Qafqazın, o cümlədən Azərbaycanın ən doğru xəritəsinin onların əlində olduğunu bildirmişdi. Belə xəritələrin regionda marağı olan başqa dövlətlərdə də olduğu istisna edilmir. Hətta Fransada belə regionun xəritəsi var. Həmin tarixi xəritədə Azərbaycanın torpaqları aydın göstərilir.Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq deyib: “Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq”.

Torpaqlar işğaldan azad edildikdən sonra dünya və yerli ictimaiyyət çox acınacaqlı mənzərənin şahidi oldu. Kəndlərdə və şəhərlərdə daş daş üstə qalmamışdı. Tikililər dağıdılmış, qarət edilmiş və yaşayış məskənləri boş qalmışdı. Elə Ermənistanda da oxşar mənzərə yaranıb. Azərbaycanlılar öz yurdlarından məcburi çıxarıldıqdan sonra həmin ərazilər boş qalıb. Dövlət başçısı çıxışında deyib ki, onların deportasiyadan sonra boşaltdıqları kəndlərdə, demək olar, həyat yoxdur. Qarabağ işğaldan təmizlənib. Ora Azərbaycan tamamilə nəzarət edir. Bölgələrin sakinləri tədricən öz yurdlarına qayıdırlar. Prezident çıxışında Laçın-Xankəndi yolunda keçirilən aksiyaya da münasibət bildirib: “Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar” .

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduq¬larını döyüşdə sübuta yetirdilər.Məncə əlavə şərhə eh¬tiyac yoxdur. Düşmən ölkənin müdafiə nazirinin dediyi kimi, Azərbaycan Ordu¬sunun kəmiyyət və resurslar baxımından güclü, əsgər və zabitlərimizin isə yüksək peşəkarlığı, mübarizə əzmi işğalçının geri çəkilməsinə, döyüşdə təslim olmasına gətirib çıxardı. Biz bu gunki zəfərə gorə Prezidentimiz,Ali Baş Komandanımız Canab İlham Əliyəvə borcluyuq.Nə qədər ki,Prezidentimiz bizimlədir,xalqımız və dovlətimiz da daim ondə olacaq.Yaşasın Ali Baş Komandanımız,Yaşasın Azərbaycan Ordusu,Yaşasin Azərbaycanım! Sənə Zəfər yaraşır,Azərbaycan!

Günay Musayeva,
Xətai rayonu 27 nömrəli tam orta məktəbin texnologiya müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü