06 noyabr 2023 16:24
119

Qalib xalq, Qalib dövlət!

Xalqın birliyi, özünəinamı və ölkə rəhbərliyinin uzaqgörən siyasətinin qarşısında həll olunmayacaq ümummilli bir məsələ yoxdur. Azərbaycanın ərazi bütövlüyünün  bərpa olunması məqsədyönlü strateji siyasətin məntiqi nəticəsi kimi qəbul olunur. Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi hər bir azərbaycanlının qəlbini sevindirmiş və fərəh hissi yaşatmışdır. Torpaqlarımızın işğaldan azad olunması tarixi hadisə və yeni inkişaf dövrünün başlanğıcıdır. Əlbəttə ki, qazanılan bu qələbəmizin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir. Şübhəsiz ki, əldə edilən zəfər xalqımızın Qarabağ yarasına məlhəm oldu. Azad olunmuş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı yenidən dalğalanır. Bu gün böyük fəxr və sevinc hissi ilə həmin torpaqlarda quruculuq işlərinin həyata keçirildiyini görürük və vaxtilə öz torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın yenidən öz yurd-yuvalarına qayıtması, orada yenidən yaşayıb-yaratmaqları hər bir azərbaycanlını sevindirir.

Xalqımız və dövlətimiz bu uğurlara siyasi və hərbi bacarığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, həmrəyliyi sayəsində, həmçinin ordumuzun əzmi və qəhrəmanlığı ilə imza ata bilib. Əlbəttə ki, Azərbaycan Ordusu xalqımızın və dövlətimizin qürur mənbəyidir.

Azərbaycan bu zəfəri ilə sübut etdi ki, onun ərazi bütövlüyü uğrunda qəhrəmanlıq, fədakarlıq göstərməyə, düşməni məhv etməyə qadir olan övladları var. Qəhrəman əsgərlərimiz döyüşlərdə böyük şücaət göstərmək öz qanı-canı bahasına şəhidlərimizin qisasını alıb, torpaqlarımızın işğaldan azad olunmasına nail olublar. İndi bütün dünya güclü Azərbaycan ordusunun 44 günlük mübarizəsində 30 ildən artıq işğalda olmuş torpaqlarımızın azad edilməsinin qüdrətindən, yenilməz Azərbaycan əsgərindən, şanlı tarix yazan igidlərimizin qəhrəmanlığından danışır. Hər birimiz Vətənin bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəlmiş igid övladlarımızın müqəddəs xatirəsini böyük ehtiramla yad edirik. Uca Tanrıdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Həyatını vətən naminə qurban verən hər bir övladımız Azərbaycan tarixində qəhrəman kimi yaşayacaq. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər sahədə parlaq zəfərlərə imza atacaq, bölgənin və dünyanın nüfuzlu dövləti olaraq bundan sonra da inkişaf nümunəsi kimi qəbul olunacaq.

Zəfər bayramımız mübarək, əziz azərbaycanlılar! Qarabağ Azərbaycandır!

Zülfiyyə İsmayılova,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 35" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü