06 noyabr 2023 13:57
122

Türk Dövlətləri Təşkilatı regionda böyük güc yaradır

Noyabrı 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Tədbirdə Prezident İlham Əliyevin Azərbaycanın böyük Türk dünyasının bir hissəsi olduğunu, dostluğumuzun, qardaşlığımızın əbədi olacağını söyləmiş  və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artacağına əminliyini ifadə etmişdir.

Türk dövlətlərinin başçıları Azərbaycan Prezidenti İlham Əliyevi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası münasibətilə təbrik edib və Qarabağda bərpa-quruculuq istiqamətində mühüm nəticələr əldə olunduğu bildirilib. Vurğulanır ki, Şavkat Mirziyoyev bu yaxınlarda Şuşaya və Füzuliyə səfər edib, burada infrastrukturun yenidən qurulması və dağıdılmış mədəni irs obyektlərinin bərpası işləri ilə şəxsən tanış olub.  Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirmişdir. ”Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

Son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.   Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilib. Fürsətdən istifadə edərək, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyiniz dəstəyə görə minnətdarlığımı bildirirəm.                       Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.

 Əziz dostlar, biz böyük türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.”

Aytac Axundova,
YAP Xətai rayon təşkilatının "Nəsrəddin Tusi 3" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü