06 noyabr 2023 11:55
102

Türk Dövlətləri Təşkilatı - mənəvi birlikdən siyasi birliyə aparan yol - ŞƏRH

Türk Dövlətləri Təşkilatının  Astanada 10-cü yubiley Zirvə görüşü keçirildi. “Türk əsri” şüarı altında keçirilən bu görüşdə üzv dövlətlər və müşahidəçilər tərəfindən çoxtərəfli əməkdaşlığa dair məsələlər müzakirə olunub dünyada baş verən siyasi və iqtisadi hadisələr haqqında fikir mübadiləsi aparılıb. Görüşdə çıxış edən Azərbaycan Respublikası prezidenti İlham Əliyev təşkilatın təsis olunduğu dövrdən bugünədək göstərdiyi səmərəli fəaliyyətindən bəhs edərək bildirib ki təşkilata üzv olan ölkələr təhlükəzizlik ,müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığı daha da artırmalıdır.düşünürəm ki, Rusiya-Ukrayna, Fələstin-İsrail müharibələri fonunda Türk Dövlətləri daha sıx birləşməli və siyasi-iqtisadi güclərini birləşdirməlidirlər.

   Görüşdə  İlham Əliyev qeyd edib ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyarddan çox sərmayə yatırıb. Bunun da çox hissəsi Türkiyənin payına düşüb.Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb. Azərbaycan türk dövlətlərinin birləşdiricisi rolunu oynayaraq müxtəlif regionlar və regiondankənar böyük ölkələr arasında təbii əlaqələndirici kimi çıxış edir.Birgə sərmayə fondlarının yaradılması prosesinə başlanılmışdır. Azərbaycan –Özbəkistan İnvestiya fondu və Azərbaycan –Qırğızıstan İnkişaf fondu yaradılmışdır.Azərbaycanın nəqliyyat və logistika sahələrində mühüm yer tutduğunu iştirakçıların nəzərinə çatdıraraq qeyd olunub ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkədir və Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhvəsini verir.

 Türk Dövlətləri Təşkilatının fəaliyyətindən bəhs edən cənab İlham Əliyev qeyd edir ki, son iki ildə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi  olan dövlətlərə 20 səfər edib Qardaş dövlətlərin rəhbərləri də öz növbəsində  Azərbaycana çoxsaylı səfərlər edib. Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil olunub.Şuşa şəhəri  “Türk Dünyasının mədəniyyət paytaxtı” elan olunub.Bunlar qarqaş Türk Dövlətlərinin Azərbaycana olan münasibətinin nəticəsidir. Azərbaycan torpaqlarını işğaldan azad etmək uğrunda 2020-ci il 27 sentyabrda başlanan 44 günlük Vətən Müharibəsində də bu qardaş münasibətini gördü. Türkiyə dövləti və türk xalqları Azərbaycanın haqlı savaşında yanında oldu. Həm Vətən Müharibəsi, həm də bundan sonra aparılan antiterror əməliyyatlardan bəhs edən Cənab İlham Əliyev hərbi əməliyyatlar nəticəsində Azərbaycanın suverenliyinin və və konstitusiya quruluşunun tam bərpa olunduğunu qeyd etdi. O da qeyd olundu ki, antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan Beynəlxalq humanitar hüquqa tam riayət etdi.Bölgəyə iki dəfə səfər edəm BMT missiyası da bunu təsdiq etmişdir.O da qeyd olundu ki,hazırda  “Böyük Qayıdış”proqramı icra olunur.  Məcburi köçkünlər öz dədə-baba torpaqlarına-Laçın və Füzuli şəhərlərinə və 3 kəndə qayıdıb. İnfrastrukturun bərpasında Qazaxıstan və Qırğızıstanın Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan danışan İlham Əliyev bildirdi ki, biz böyük Turk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz və qardaşlığımız əbədi olacaqdır.

Həsən Mövlayev,
YAP Xətai rayon təşkilatının "Məhsəti 3" ünvanı üzrə ərazi partiya təşkilatının sədri