07 noyabr 2023 10:01
143

8 Noyabr - Zəfər Günü tariximizin möhtəşəm səhifəsidir

Elə bir tarixi yaşayırıq ki, sevincimizdən, xoşbəxtliyimizdən bəlkə də bunun elə də fərqində deyilik. Amma illər keçəcək, vaxt gələcək ki, dönüb bu günümüzə baxanda, bu tarixi kitablarımızdan oxuyanda, filimlərimizdə seyr edəndə belə bir tarixin canlı şahidləri olmağımızı Allahın verdiyi şans sayacağıq. Tariximizi yaşaya-yaşaya tarixə çevrilirik biz də. Ona görə də bu gün yaşadığımız bu tarixə töhvələrimizi verməliyik ki, sabah tariximizi oxuyanların qarşısında qürurla danışmağa sözümüz olsun. Məncə artıq hər bir azərbaycanlı üçün ən böyük, ən təntənəli, ən sevincli bayram 8 Noyabr - Zəfər Günü tariximizdir. Bu elə möhtəşəm bir zəfər ki, bu Zəfərimizlə bu gün dünyaya meydan oxuyuruq. Daha çox meydan oxumaq üçün dövlətimizin yanında olmağımız şərtdir. Dünya zatən son illər Azərbaycanın DƏMİR YUMRUĞa necə nail olduğuna şaidlik edir. Və fərqindədir ki, bu gün qarşsında köhnə deyil, müasir müstəqil Azərbaycan durur.

“İki sahil” xəbər verir ki,  bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

K.İsmayılova qeyd edib ki, 30 ildən sonra əldə etdiyimiz BÖYÜK ZƏFƏRimizi qısqananlar da yox deyil. Bu üzdən Azərbaycan ictimaiyyəti olaraq çalışmalıyıq ki, şəhidlərimizin canı bahasına əldə etdiyimiz qələbələrimizə kimlərsə kölgə salmasın. Hansı ki, kölgə salmaq istəyənlər sırasında təəssüflə daxildəki simaları da gördük. Uzağa getməyək, Qarabağla bağlı məsələdə, Vətən müharibəsi zamanı siyasi partiyalar Ali Baş Komandan İlham Əliyevə siyasi həmrəylik göstərdikləri bir vaxtda AXCP, Müsavat Partiyası və “Milli Şura” kənarda durdular. Amma bu ədalətsizlikləri onların özlərinə qarşı işlədi. Bununla da onların antimilli xisləti ifşa edildi.

Cənab Prezident ona qarşı istər xaricdən, istərsə də daxildən olunan təpkilərə əhəmiyyət vermədən dövlətimiz, xalqımız üçün xeyirli olan nədirsə, onları etdi. Biz də ictimai xadim olaraq məhz bu yöndə işimizi yönəltməliyik. Öhdəmizə düşən nədir? Birinci növbədə bizə bu qələbələri yaşadan şəhidlərimizin ailələrinə qayğı və diqqət göstərməliyik. Qazilərimizin daim yanında olmalı, dəstəyimizi əsirgəməməliyik.  Prezidentin “Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu” fikirləri həm də bir bəyanat sayılır.

Bu gün keçmiş məcburi köçkünlərimizin öz yurdlarına qayıdışlarını böyük sevinc hissi ilə seyr edirik. Ölkə başçısı öz xalqına nə vəd etmişdisə, bu gün o vədlər ard-arda gerçəkləşir. Qərbi azərbaycanlılarımızda da öz vətənlərinə qayıdış ümidi artıb. İşğaldan azad edilən ərazilərimizdə apadlıq işləri yüksək səviyyədə irəliləyir. Xankəndi, Xocalı niskilimiz də bitdi. Bütün bu gediş onu göstərir ki, Azərbaycan dövlətinin başında cənab İlham Əliyev durduqca, ölkəmiz və xalqımız etibarlı əllərdədir .

Bir sözlə, Zəfər Bayramımız tamdır. Azərbaycana da bu yaraşır.