Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev Fəxri Xiyabanı ziyarət ediblər.
AVF-dən “İki sahil”ə verilən məlumata görə, federasiya rəsmiləri və qonaqlar Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Onlar Şəhidlər Xiyabanını və “Türk Şəhidliyi” abidəsini də ziyarət ediblər.