06 noyabr 2023 15:06
362

Aleksandar Boriçiç: Yaxın zamanlarda böyük yarışlardan biri Azərbaycanda keçirilə bilər

"Yaxın zamanlarda Avropa miqyasında böyük yarışlardan biri Azərbaycanda keçirilə bilər".

“İki sahil” xəbər verir ki, bunu Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Funksioner bildirib ki, ilk olaraq həmin turnirin hansı kateqoriyaya aid olacağını müəyyənləşdirmək lazımdır.

CEV prezidentinin sözlərinə görə, böyük tədbirlərin təşkili üçün yaxşı resurslara da ehtiyac var.