05 noyabr 2023 23:35
339

"Formula 1": Maks Ferstappen mövsümdə 17-ci qələbəsini qazanıb

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının 21-ci mərhələsinin - Braziliya Qran prisinin qalibi olub.

“İki sahil” xəbər verir ki, yarışda ikinci yeri “McLaren” komandasının üzvü Lando Norris tutub.

İlk üçlüyü "Aston Martin"dən Fernando Alonso qapayıb.

Bununla Ferstappen cari mövsüm 17-ci, ümumilikdə isə 52-ci qələbəsini qazanıb.