05 noyabr 2023 22:01
327

"Sabah"ın məşqçisi hakimlərdən gileyləndi

"Bu cür oyuna şərh vermək çətindir. İndiyə kimi ən yaxşı birinci hissəmizi keçirdik. Amma hər şeyi hakim korladı".

“İki sahil” xəbər verir ki, bu sözləri "Sabah"ın məşqçisi Artur Olenin Misli Premer Liqasının 12-ci turunda bu gün "Zirə"yə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis hakim idarəçiliyindən narazı qaldıqlarını bildiri:b "Namik Ələsgərovu dirsəklə vururlar, hakim heç buna fikir vermir, görmür. Üstəlik, Manunun sifətindən vurdular, yenə görmədi. Maruan təmiz topa oynayır, onu vururlar, yenə görmür.

Niyə hakimlər "Sabah"a qarşı bu qədər qərəzlidir? Məncə, hakimlik bu gün bizə qarşı qərəzli idi. Futbolçularımıza təşəkkür edə bilərəm. Onlar 10 nəfərlə mübarizə apardılar, epizodlar da yaratdılar. Rəqibə və hakimə qarşı mübarizə apardıq. Bu gün hakimlik sadəcə bərbad idi".