05 noyabr 2023 12:31
374

"Kəpəz"in məşqçilər heyəti istefa verib?

"Kəpəz"in baş məşqçisi Azər Məmmədov klubdan ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ötən gün "Kəpəz"in Misli Premyer Liqasının 12-ci turunda "Qarabağ"a 1:7 hesabı ilə məğlubiyyətindən sonra A.Məmmədov istefa vermək barədə düşündüyünü bildirmişdi.

Qeyd edək ki, Azər Məmmədov 2023/24 mövsümünün əvvəlindən "Kəpəz"ə baş məşqçilik edirdi.