05 noyabr 2023 11:21
284

Bu Təşkilat daha intensiv fəaliyyət göstərəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri təkcə Azər­bay­can üçün de­yil, Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubi­ley Zirvə gö­rü­şündə iştirak edən dövlətlər üçün də əlamətdar oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yu­bi­ley Zirvə gö­rü­şü zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü də Azərbaycanla Tür­ki­yə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdi­yi­ni bir daha xatırlatdı, azərbaycançılığın, türkçülüyün dönməzliyinin təsdiqi ol­du. Azərbay­can Respublikasının Prezidenti  cənab İlham Əliyev çıxışında həm də 2009-cu ildə Nax­çıvan Zirvə gö­rü­şündən ötən müddət ərzində əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə təsisatlandığını da qeyd etdi.

“Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən əsrin son rübünün tarixini belə xatırlat­ma­sı təkcə Azərbaycan tarixinə deyil, dünyanın siyasi xəritəsində istənilən haqsız dəyişikliklərin nələr törətdiyini xatırlatmadır...

Son illərin Azərbaycan gerçəkliklikləri dünyəvi prosesləri bəşərilik niyyətlərinə istiqa­mət­­lən­dirdi. Bəşəri dövlətlərin xarici siyasəti ilə. Azərbycan da belə bir siyasətə malik olan döv­lət­lər­dəndir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olsa da niyyətindən əl çəkmirdi. Cənab İlham Əliyev çıxışında dedi: “2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütöv­lü­yünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dövlətləri birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqlədi: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həm­rəy­lik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transfor­ma­siya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

Belə bir mötəbər tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təş­ki­latının “Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə səsləndirdiyi önəmli mesaj sabahların həm siyasi münasibətlərinin, həm də iqtisadi münasibətlərinin mesajıdır: “Naxçıvanı Azərbay­ca­nın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.

Ümumiyyətlə, Astanada tarixləşən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubi­ley Zirvə gö­rü­şü son illərin ən vacib toplantılarından biridir və Türk Dövlətləri Təşkila­tının bundan sonra daha intensiv fəaliyyət göstərəcəyinin zəmanəti oldu...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı