05 noyabr 2023 09:22
320

"Qəbələ" "Neftçi"yə, "Sabah" "Zirə"yə qarşı

Bu gün Misli Premyer Liqasında 12-ci tura yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Qəbələ" evdə "Neftçi"ni qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.

Digər matçda isə "Zirə" "Sabah"ın qonağı olacaq. Bu qarşılaşma isə saat 18:30-da başlayacaq. "Zirə" qalib gələcəyi halda yenidən turnir cədvəlində liderliyə yüksələcək.

Qeyd edək ki, turun digər oyunları 3-4 noyabr tarixlərində keçirilib.

Misli Premyer Liqası,

12-ci tur

5 noyabr (bazar)

16:00.“Qəbələ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Şirmamed Mamedov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu

18:30.“Sabah”– “Zirə”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əli Əliyev
“Bank Respublika Arena”