04 noyabr 2023 09:47
416

MPL: "Qarabağ" "Kəpəz"i, "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək

Misli Premyer Liqasında 12-ci turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, bu gün daha 2 matç keçiriləcək. İlk olaraq "Qarabağ" "Kəpəz"i qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq. Günün son qarşılaşmasında "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağı olacaq. Bu oyuna saat 18:00-da start veriləcək.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Misli Premyer Liqası,

12-ci tur

4 noyabr (şənbə)

16:00.“Qarabağ” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Tofiq Bəhramov adına Respublika Stadionu

18:00.“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev
“Kapital Bank Arena”