03 noyabr 2023 10:10
473

Qələbəmizin təməli

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz otuz il ərzində həsrətində olduğumuz torpaqlarımızı yağı düçməndən azad etdi. Azərbaycan dünya hərb tarixinə yeni bir qələbə faktı yazdı.Şanlı ordumuz işğal altında qalmış  hər rayonu azad etdikçə Prezidentimiz bu hadisəni xalqa müraciətləri ilə qeyd etdi.Həmin müraciətlərdə Ali Baş komandanın hər kəlməsi yaddaşımıza yazıldı.Bu fikirlərdən biri belə idi:”Torpaqlarımızı azad etmək üçün mən özüm bilirdim-bunu nə vaxt, necə etmək lazımdır.”  Zaman gəldi və Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız düşmən işğalından azad edildi.Və məlum oldu ki,bu azadlığın bünövrəsini Ümummilli liderimiz Heydər Əliyev hələ 1990-cı illərdə qoymuşdur.Həmin illərdə Heydər Əliyev Azərbaycanın milli inkişaf siyasətini formalaşdırmış,azərbaycançılıq ideologiyasını –milli birlik ideyasını rəsmiləşdirmiş,milli maraqlar və milli təhlükəsizlik məsələlərini önə çəkmiş,hərbi doktrinanın tezislərini aydınlaşdırmış.xüsusilə ordu quruculuğunu diqqətdə saxlamışdır.Onun həyata keçirdiyi bu prinsiplər 44 günlük Vətən müharibəsindəki qələbəmizin təməlidir.Təsadüfi deyil ki,Prezident İlham Əliyev deyir:”Əgər birinci Qarabağ müharibəsi dövründə Heydər Əliyev hakimiyyətdə olsaydı,düşmən bizim bir qarış da torpağımızı işğal edə bilməzdi”

Bu fikirdən belə bir nəticə çıxır ki, Heydər Əliyev əsl Ümummilli Lider kimi Azərbaycan sevgisi yaşamış bir insandır.Onun Novruz bayramını böyük bir məclisdə qeyd edərkən dediyi sözləridir:Vaxt gələcək,biz Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə...qeyd edəcəyik!

Ulu Öndərin uzaqgörən sözlərini Prezident İlham Əliyev qələbəmizlə təsdiq etdi:qələbədən sonra ilk Novruz bayramını Ali Baş Komandan ailəsi ilə birlikdə Şuşada-Cıdır düzündə yandırdığı Novruz tonqalı ətrafında xalqımızın arzularını ifadə etdi.Heydər əliyevin təməlini qoyduğu dövlətin bütün atributlarını İlham Əliyev inkişaf etdirərək bizim gücümüzü dünyaya göstərdi.Və göstərdi ki,”Qarabağ Azərbaycandır!”,”Biz birlikdə güclüyük!”.Prezidentin işğalçılara tuşladığı “Dəmir yumruq”-xalqımızın qələbə rəmzi kimi tarixə düşdü.Bu dəmir yumruq heç vaxt qüvvədən düşməyəcək!Bu dəmir yumruq ulu öndər Heydər Əliyev arzularının mənəvi rəmzi kimi həmişə ucalıqda olacaq.

Şəlalə Rəhimova,
Heydər Əliyev adına liseyin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının  “Natiq Əliyev 50“ ünvanı üzrə ərazi partiya təşkilatının üzvü