03 noyabr 2023 09:49
431

Qələbəyə aparan yol

Bu gün Zəfər günlərini yaşayırıq. Respublikamızın paytaxt və rayon küçələrindəki  elektron  tablolarda,binalarn və evlərin eyvanlarında, butik və mağazalarda,avtomobillərdə, sosial  çarxlarda, şəbəkələrdə üçrəngli,aylı-ulduzlu müqəddəs bayrağımızı və bütün xalqın bir ailə kimi  qələbə  sevincini  bir-biri  ilə  paylaşmasını  görmək  necə də qürurvericidir !

Qələbə!!! Bu sevinci və qürür hissini bizə bəxş edən başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla Dövlət-Ordu-Xalq birliyi əsasında nəsib edildi.

Ancaq bu möhtəşəm qələbənin əldə edilməsi heç də asan başa gəlməyib. Qələbənin  əldə  edilməsində  Milli  Ordumuzun  müstəsna  rolu danılmazdır.Bu barədə ən dəyərli fikir cənab prezident İlham Əliyevə məsusdur. Cənab  prezident  İlham  Əliyev 17 oktyabr   2023-cü ildə “Füzuli Şəhəri Günü”ndə  Füzuli  şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: “Dövlətin nə qədər gücü olsa, nə qədər silah olsa, nə qədər  düzgün  hərbi  əməliy- yatlar planlaşdırılsa da Qələbəni əldə edən əsgərdir,zabitdir.” Bəli,hər bir Azərbaycan vətəndaşının ordumuzla fəxr etməyə haqqı var.Çünki 44 günlük  Vətən  müharibəsindəki şanlı qələbə bütün dünyaya ordu- muzun qüdrətini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğısı,ordunun döyüş hazırlığı,maddi-texniki bazasının daim yeniləşməsi və ən əsası, hər  bir  əsgərin  döyüş  əzminin  yüksək  olması  hər  zaman prioritet olmuşdur. Məhz bunların sayəsində ,həmçinin ölkədə hərbi sənayenin inkişafı ilə əlaqədar Azərbaycan Ordusu regionun ən güclü hərbi qüv- vəsinə çevrildi.Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası, intellektual  potensialı  inanılmaz dərəcədə inkişaf etdi. Bütün  bunlar istər yerli,istərsə də beynəlxalq hərbi ekspertlərin Azərbaycan Ordusu- nu Cənubi Qafqazın ən möbil,yüksək döyüş hazırlığına malik silahlı qürum kimi dəyərləndirilməsinə zəmin yaratdı. Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar öz bəhrəsini verdi.Ordumuz qarşıya qoyulan məqsədə döğru inamla irəlilədi.Bu uğurlu addımlar isə bizi Qarabağa apardı və Qarabağ Azərbaycandır ! reallığa çevrildi.

2020-ci il  sentyabrın 27-də  başlanan  İkinci  Qarabağ  savaşında Azərbaycan Ordusunun zəfər yürüşü dünyaya səs saldı.Yeni hərbi taktika ilə Azərbaycan bütün dünyaya göstərdi ki,səngər müharibəsi artıq keçmişdə qalıb.

Nəzərə almayıq ki,düşmən təqribən 30 il ərzində işğal etdiyi ərazilərdə müdafiə səddini xeyli möhkəmləndirmişdi.Düşmənin müdafiə xəttini yarmaq üçün çox böyük cəsarət,qorxmazlıq və peşəkarlıq tələb olunur du.Azərbaycan Ordusu bunu bacardı və hər bir hərbçisi əsl qəhrəman- lıq göstərərək düşmənin müdafiə xəttini asanlıqla yara bildi.

44 günlük Vətən müharibəsində Azərbaycan XXI əsrinən yeni mühari bəsini apardı.Azərbaycan Ordusu təkcə ən yeni texnologiyalara əsas- lanan silahlarla təchiz edilməmişdi. O, həm  də ən  yeni strategiya və taktika tətbiq edirdi.Hücum planlarının hazırlanması və hücum əmə -liyyatlarının həyata  keçirilməsi, hədəflərin  irəlicədən  təyin  edilərək dəqiq zərbələrlə vurulması, döyüş  əməliyyatlarının  idarə  olunması, ordunun ruh yüksəkliyi ən yüksək səviyyədə idi.

Azərbaycan  Ordusu  müharibə  ərzində  hücum  müharibəsi  apardı. Azərbaycan  hərbi  əməliyyatlara  başlayandan sonadək dayanmadan hücuma  keçdi,  daim irəlilədi. Bu, tətbiq  edilən taktika və strategiya sayəsində  mümkün  oldu. Bu, ordunun  sərancamındakı  ən  müasir silahların sayəsində mümkün oldu.Bu,əsgər və zabitlərimizin yüksək peşəkarlığı,ruh yüksəkliyi, qorxmazlığı və igidliyi sayəsində mümkün oldu.Bu,  hərbi  əməliyyatların  yüksək  səviyyədə  və  bacarıqla idarə edilməsi  sayəsində  mümkün oldu.44 gün ərzində erməni işğalına son qoyuldu. 44  gün  ərzində  Ermənistan  ordusu   darmadağın   edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” qarşı- sında tab gətirə  bilməyən düşmən  silah-sursatını,tank və  toplarını, zirehli  texnikasını  və  avtomobillərini  ataraq  qaçmağa  üz  qoydu. Nəticədə, əsl hücum müharibəsi zəfərlə başa çatdı.

44 günlük Vətən Müharibəsində Azərbacan Ordusu ləyaqətli müha- ribə apardı.Azərbaycan Ordusu heç zaman mülki obyektləri, yaşayış binalarını  hədəf  götürmədi. Azərbacan Ordusu ancaq erməni hərbi birləşmələri  ilə  müharibə apardı. Bununla da Azərbaycan dünyaya ləyaqətli müharibənin nə demək olduğunu nümayiş etdirdi. 44 günlük Vətən Müharibəsində Şuşa əməliyyatı dünya hərb tarixində analoqu  olmayan  möhtəşəm  bir  hərbi  əməliyyatdır.Hətta ermənilər indiyədək anlaya bilmirlər ki, Azərbaycan  Ordusu bu əməliyyatı necə həyata keçirib. Bu da  Azərbaycanın  xüsusi  təyinatlılarının  və digər xüsusi hərbi birləşmələrinin misilsiz  mərdliyi, qəhrəmanlığı və fəda- karlığının nümunəsidir.

İşğalçı Ermənistan silahlı  qüvvələrinin  təxribatlarına  və  işğalçılıq siyasətinə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan , 44  gün  davam  edən  Vətən  Müharibəsi Azərbaycanın tam Qələbəsi ilə bitdi.Bu qələbə xalqın inamını özünə qaytardı ,xalqımızın qəhrəmanlığı bir daha bütün dünyaya nümayiş etdirdi.

44 günlük Vətən Müharibəsində möhtəşəm qələbəmiz subut etdi ki,Azərbaycan Milli Ordusu dünyanın ən güclü orduları sırasında -dır.Qərb mətbu səhifələrində,analtik dərgilərdə etiraf edildi ki, 44 günlük Vatən müharibəsində hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı ,onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı.

Güclu ordunun yaradılması,Silahlı Qüvvələrimizin ən müasir döyüş vasitələri ilə təchiz edilməsi,şəxsi heyətin peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi,ordu ilə xalqın vəhdətinin təmin edilməsi möhtəşəm qələbənin kökündə dayanan həqiqətlərdir.Bu həqiqətlərin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevdir !

Yaşasın Azərbaycan ! Qarabağ Azərbaycandır !

Əlipənah Həsənov,
Heydər Əliyev adına liseyin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının  “Natiq Əliyev 50“ ünvanı üzrə ərazi partiya təşkilatının üzvü