02 noyabr 2023 17:59
390

Azərbaycan minifutbol millisinin üzvü: Portuqaliyaya göz açmağa imkan vermədik

"Portuqaliyaya göz açmağa imkan vermədik".

“İki sahil” xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/8 finalında Portuqaliyanı 3:0 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

Oyunçu görüşə çox yaxşı hazırlaşdıqlarını bildirib: "Oyunumuz da yaxşı alındı. Onların əvvəlki iki görüşünü izləmişdik. Necə oynamalı olduğumuzu bilirdik. Matça yüksək motivasiya ilə hazırlaşmışdıq. Əhvali-ruhiyyəmiz ən üst səviyyədə idi. Azərbaycandan dəstək verən azarkeşlər bizi oyuna yaxşı kökləmişdilər. Portuqaliya kimi futbol ölkəsinin komandasına qalib gəldiyimiz üçün sevinirik".

Qeyd edək ki, Azərbaycan millisi bu gün 1/4 finalda Bolqarıstanla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.