02 noyabr 2023 16:21
373

Azərbaycan Kubokunun finalının harada keçiriləcəyi bilinmir

“Ölkə Kubokunun finalının harada keçiriləcəyi bilinmir”.

“İki sahil” xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Azərbaycan Kubokunun 2023/2024 mövsümünün püşkatma mərasimində deyib.

Qurum rəhbəri həlledici qarşılaşmanın məkanının yanvarda müəyyənləşəcəyini söyləyib. O, hazırda ölkə kubokunun sponsorunun olmadığını da vurğulayıb.