01 noyabr 2023 18:18
419

İsrail millisi ev oyunlarını bu ölkədə keçirəcək

İsrail milli komandasının Avro-2024-ün seçmə mərhələsində İsveçrə və Rumıniyaya qarşı ev oyunlarını keçirəcəyi yer müəyyənləşib. 

"İki sahil" UEFA-ya istinadən xəbər verir ki, komanda Qəzza zolağında baş verənlərlə əlaqədar ev oyunlarını İsraildə yox, Macarıstanın Felçsut şəhərindəki "Panço Arena"da keçirəcək. 

İsrail yığması noyabrın 15-də İsveçrə, noyabrın 18-də isə Rumıniya ilə üz-üzə gələcək. UEFA-nın qərarına əsasən, hər iki matçda azarkeşlər stadiona buraxılacaq.

Qeyd edək ki, İsrail və Fələstin arasındakı müharibəyə görə UEFA İsrail təmsilçilərinin ev oyunlarını neytral meydanda keçirməsinə qərar verib.