01 noyabr 2023 15:26
368

Azərbaycanlı hakim-inspektor İsrail klubunun oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.

“İki sahil” xəbər verir ki, o, Ukraynanın “Zarya” və İsrailin “Makkabi” (Tel-Əviv) komandaları arasında keçiriləcək UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 9-da Polşanın Lyublin şəhərində baş tutacaq.