01 noyabr 2023 14:22
371

"Sabah" Çexiya klubu ilə qarşılaşacaq

"Sabah" basketbol komandası bu gün FİBA Avropa kubokunda növbəti oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisi üçüncü matçında Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gələcək.

D qrupunun autsayderi olan təmsilçimiz ilk qələbə üçün meydana çıxacaq. İlk iki turda uduzan komandamız məğlubiyyətsiz irəliləyən rəqibi büdrətmək niyyətindədir.

Qeyd edək ki, “Sabah” bunadək Monteneqroda “Mornar”a (75:80), Bakıda “Bağçaşəhərər”ə (65:83) uduzub.

FİBA Avropa kuboku
III tur, D qrupu
1 noyabr
21:30. "Nimburk" (Çexiya) - “Sabah” (Azərbaycan)

1

Nimburk

2

2

0

167-150

4

2

Bağçaşəhərər

2

1

1

171-154

3

3

Mornar

2

1

1

142-153

3

4

Sabah

2

0

2

140-163

2