01 noyabr 2023 10:06
365

Azərbaycan millisi Portuqaliya ilə üz-üzə

Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/8 final oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Elşad Quliyevin baş məşqçilik etdiyi komanda Portuqaliya seçməsi ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, son Avropa çempionu olan Azərbaycan yığması mundialın G qrupunda mübarizəni maksimum nəticə ilə başa vurub - 3 oyun, 9 xal. Milli qrupda həm Misirə, həm İraqa, həm də Küveytə qalib gəlib.