30 oktyabr 2023 18:02
487

"Ayaks" yeni baş məşqçisini açıqladı

"Ayaks"ın yeni baaş məşqçisinin adına aydınlıq gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandaya Con van Şip baş məşqçilik edəcək. Onunla 2025-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb. 

53 yaşlı mütəxəssis bu vəzifədə oktyabrın 23-də istefaya göndərilən Moris Ştaynı əvəzləyib. 

Con van Şip 1997-2001, 2002-2004, 2008-2010-cu illərdə "Ayaks"ın müxtəlif komandalarında işləyib.

Qeyd edək ki, "Ayaks" hazırda Niderland çempionatının turnir cədvəlində 5 xalla sonuncu - 18-cidir.