30 oktyabr 2023 17:23
361

"Türksat" Afrikada "Azerspace-2"nin tutumundan istifadə edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") Türkiyənin peyk operatoru "Türksat" arasında müqavilə imzalanıb.

“İki sahil” bu barədə "Azərkosmos"a istinadla xəbər verir.

Müqaviləyə əsasən, "Türksat" xüsusilə data lahiyələrində olmaqla Afrikada "Azerspace-2" telekommunikasiya peykinin tutumundan istifadə edəcək.