Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.
Məlumat verilib ki, bu müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur.
Yeni fəaliyyətə başlayan istehsalat sahəsində Cocuq Mərcanlı kənd sakini olan 8 xanım işlə təmin olunub. Burada tibb personalı və müalicə alan şəxslər üçün geyimlər hazırlanır, eləcə də tibbi maskalar və s. kimi səhiyyə ləvazimatları istehsal olunur.
Qeyd edək ki, Cocuq Mərcanlı xanımlarının hazırladıqları bu məhsullar ölkənin müxtəlif tibb müəssisələrinə çatdırılır.
Yaxın gələcəkdə sifarişlərin həcminin artması gözlənilir. İşin həcmi böyüdükcə yeni işçilərin müəssisəyə cəlb edilməsi planlaşdırılır.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib