30 oktyabr 2026 20:22
96

1 noyabrdan Bakı-Tbilisi-Bakı marşrutu ilə yeni qatar hərəkət edəcək

Noyabr ayının 1-dən başlayaraq Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin marşrutu ilə hərəkət edəcək yeni qatarı təqdim edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Qeyd edilib ki, tam təchiz olunmuş standard, standard + və biznes sinif vaqonlardan ibarət bu qatarın hərəkətə başlaması ilə iki paytaxt şəhər arasında gündəlik reys sayı 2-dən 4-ə çatdırılacaq.