“Bizi çətin matçın gözlədiyini bilirdik. “Sumqayıt” bu il yaxşı oyunu ilə seçilən komandalardan biridir".
“İki sahil” xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 11-ci turunda bu gün "Sumqayıt"la keçirilən səfər matçından sonra mətbuat konfransında deyib.
O, qolsuz başa çatan oyunu belə şərh edib: "Qarşılaşma göstərdi ki, hər iki rəqib bir-birinə layiq idi. “Sumqayıt” da, biz də qalib gələ bilərdik. Düşünürəm ki, bu matçın ədalətli nəticəsi heç-heçə idi. Komandam istədiyim bəzi elementləri meydanda verməyə çalışır. Ola bilər ki, bu, nəticə üçün yetərli olmur. Amma oyun planında inkişaf edə bilərik. Hücumların sayı həddindən artıq çoxdur. Son 6-7 matça nəzər salsaq, bəlkə də çempionatda hamıdan çox hücumda olan komandayıq. Ancaq son nöqtəni qoya bilmirik. Ümid edirik ki, bu çatışmazlığı da aradan qaldıracağıq”.