29 oktyabr 2023 09:08
277

Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir

Azərbaycan dünyada sabit ölkə olaraq tanınır. Ötən əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev ölkəmizi vətəndaş müharibəsindən xilas edərək bütün təhdidlərə rəğmən, Azərbaycanın müstəqilliyini qorudu, milli birliyi möhkəmləndirməklə xalqımızın sərvətinə çevrilən sabitliyə, əmin-amanlığa nail oldu. Böyük strateq bununla yanaşı, respublikada əlverişli, cəlbedici investisiya mühiti yaratdı və xarici sərmayədarların diqqətini Azərbaycana yönəldə bildi. Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Əvvəlcə Qaradağ Günəş Elektrik Stansiyasında görülən işlər barədə videoçarx nümayiş olundu.

Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.

Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.  Cənab prezidentin çıxışından sonra 

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir mərasimdə çıxış edərək deyib ki, bu layihə ölkələrimiz arasında yaxın münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm mərhələdir. Bu, 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək və karbon dioksid emissiyalarını ildə 200 min ton azaldacaq layihədir. Qeyd etmək lazımdır ki, Paris Konfransı dünyanı ortaq bir hədəf ətrafında birləşdirdi. Bu, ümumi məqsəd uğrunda millətləri və ölkələri birləşdirmək istiqamətində uğurlu bir addım idi. Lakin o vaxtdan bəri qlobal miqyasda aparılan təhlilləri nəzərdən keçirsək, görərik ki, biz tam məqsədə gedən yolda hələ də inamla irəliləmirik. Bərpaolunan enerjiyə yatırılan investisiyalar artmaqda davam edir. Bu il dünyada əlavə rekord 500 qiqavat istehsal edildi. Lakin, bilirsiniz, dünya 2030-cu ilə qədər bərpaolunan enerji gücünü üç dəfə artırmalıdır ki, 1,5 səviyyəsi əlçatan olsun.

İlk dəfədir ki, biz praktiki addımları COP-28 səviyyəsində cəmiyyətdə ifadə edirik, yəni, emissiya yeddi il ərzində 22 qiqaton azaldılmalıdır. Mən əminəm ki, bu, çox böyük bir vəzifə, işdir. Bu, bütün millətlər, bütün ölkələr üçün bir vəzifədir. Heç bir ölkə, xalq, qurum bu işin öhdəsindən təkbaşına gələ bilməyəcək. Bizə hər bir ölkənin Azərbaycan kimi təmiz enerji sahəsində müəyyən edilmiş məqsədlərlə energetikaya keçid üçün aydın planlar hazırlaması lazımdır. Rekord müddətdə bir sıra tutarlı layihələrin hazırlanmasını və həyata keçirilməsini təmin etmək üçün iqlim maliyyələşdirməsində yenilikçi yanaşmalara ehtiyacımız var. Azərbaycandakı layihələrdə, bu layihədəki tərəfdaşlıqda da yanaşmalar məhz bu istiqamətdədir.

Azərbaycan Hökumətinin Azərbaycanın külək və günəş potensialından istifadə etmək, eyni zamanda, sistemin baza gücünü təbii qazla təmin etmək baxışı enerjini daha təhlükəsiz, daha əlçatan və dayanıqlı edəcək. Həm “Masdar”, həm də Birləşmiş Ərəb Əmirlikləri bu səyahətdə Sizin tərəfdaşınız olmaq arzusundadır. Bir çox digər ölkələrdə də belə layihələri həyata keçirmək əzmindəyik. Biz Azərbaycanla və dünyanın bir çox ölkələri ilə iddialı məqsədlərə nail olmaq üçün 2030-cu ilə qədər ən azı 100 qiqavat təmiz enerjini istehsal etmək məqsədilə bütün qitələrdə sizinlə və digər həmfikir tərəfdaşlarla, təşkilatlarla, ölkələrlə işləməyə davam etməyin intizarındayıq.

Bu, həmçinin dünyada istifadə olunan enerji resurslarının karbonsuzlaşdırılması üzrə həmfikir tərəfdaşlarla birgə işləmək deməkdir ki, bu, əslində, gələcək rifah baxımından önəmli vasitə olacaqdır.

Paris Sazişi dünyanın bir saziş çərçivəsində bir araya gəlməsi baxımından vacib idi. Amma BMT-nin 28-ci İqlim Dəyişikliyi Konfransında biz istəyirik ki, Paris Sazişində qeyd olunanları praktiki, praqmatik nəticəyönümlü fəaliyyətlərə çevirək. Biz istəyirik ki, daha az söz və daha çox əməli iş olsun. Biz real dünya üçün real cavablar, həllər, nəticələr istəyirik. Məhz buna görə bu, hər kəsə açıq dəvətdir, hər kəs ki, buna töhfə verə bilər. Dubaya gəlsinlər və bu şüurla gəlsinlər. Ümid, nikbinlik, tərəfdaşlıq, birlik və həmrəylik olsun. Əgər biz həqiqətən də bu istiqamətdə paradiqma dəyişikliyi yaratmaq istəyiriksə, bu, bir uğur resepti olacaq.

Vüqar Ələkbərov,
YAP Xətai rayon təşkilatının "Vunq Tau 14" ünvanı üzrə  ərazi partiya təşkilatının üzvü