"Atalanta" rəhbərliyi komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançukla bağlı qərarını verib.
“İki sahil” xəbər verir ki, informasiyanı "Metaratings" yayıb.
Mənbə Berqamo təmsilçisinin Mirançuku bu qış icarəyə verməyi planlaşdırdığını vurğulayıb. Futbolçunun kifayət qədər forma şansı qazanmamasından narazı olduğu bildirilib.
28 yaşlı Mirançuk cari mövsüm İtaliya A Seriyasında 3, Avropa Liqasında isə 1 oyun keçirib və məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun "Atalanta" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.