Türkiyə Superliqasında 10-cu turun oyunları keçirilir.
“İki sahil” xəbər verir ki, "Alanyaspor” – “Sivasspor” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor” evdə “Konyaspor”u 3:0 hesabı ilə məğlub edib. Şahruddin sonadək ehtiyatda qalıb.
“Qalatasaray” isə səfərdə “Rizəspor”u 1:0 hesabı ilə məğlub edib.
28 oktyabr
"Alanyaspor" – "Sivasspor" - 1:2
Qollar: F.Aksoy, 66 – Kvet, 90+3. Manay, 90+7.
"Adana Dəmirspor" – "Konyaspor" - 3:0
Qollar: Nianq, 54; 90+3. Balotetlli, 81.
"Rizəspor" – "Qalatasaray" - 0:1
Qol: S.Oliveyra, 68.
Bu nəticələrdən sonra turnir cədvəlinə 28 xalla (10 oyun) "Qalatasaray" başçılıq edir. Bir oyun az keçirən "Fənərbaxça" 27 xalla 2-ci, "Adana Demirspor" 20 xalla 3-cüdür.