28 oktyabr 2023 21:02
406

Qərb derbisində darmadağın

Misli Premyer Liqasının 11-ci turu çərçivəsində “Turan Tovuz” “Kəpəz”i qəbul eedib.

 “İki sahil” xəbər verir ki, Qərb derbisində hesabı qarşılaşmanın 45-ci dəqiqəsində Otto Con açıb. 53-cü dəqiqədə fərqlənən Roderik Miller meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. 58-cidəqiqədə Sərtan Taşkının qolu ilə üstünlüyünü artıran “Turan Tovuz”un futbolçuları 67-ci dəqiqədə Luis Paçunun qolu ilə fərqi dörd topa çatdırıblar.

Matç bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

11-ci tur

28 oktyabr (şənbə)

19:00. “Turan Tovuz” 4–0 “Kəpəz”

Qollar: Otto Con, 45 (1:0), Roderik Miller, 53 (2:0), Sərtan Taşkın, 58 (3:0), Luis Paçu, 67 (4:0)

Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı

Tovuz şəhər stadionu