28 oktyabr 2023 12:33
435

Fransa klubu yeni təyin etdiyi baş məşqçini qova bilər

Fransanın "Lion" klubu baş məşqçisi Fabio Qrosso ilə yollarını ayıra bilər.

“İki sahil” xəbər verir ki, Liqa 1 təmsilçisinin rəhbərliyi 45 yaşlı mütəxəssisə ultimatum verib.

Komanda çempionatın növbəti iki oyunundan birində qalib gəlməsə, onunla müqaviləyə xitam veriləcək.

Qrosso sentyabrın 16-da baş məşqçi təyin olunmuşdu.

Qeyd edək ki, "Lion" 9 turdan sonra 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb. Komanda oktyabrın 29-da "Marsel"in qonağı olacaq.