28 oktyabr 2023 08:32
481

MPL: 11-ci turda Qərb derbisi

Bu gün Misli Premyer Liqasında 11-ci tura start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə lider "Zirə" 3-cü yerdəki "Səbail"i qəbul edəcək. Bu görüş saat 16:00-da başlayacaq.

Daha sonra Premyer Liqada Qərb derbisi oynanılacaq. "Turan Tovuz" "Kəpəz"lə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, tura 29-30 oktyabr tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq.

28 oktyabr (şənbə)

16:00. “Zirə” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev
Zirə İK stadionu

19:00. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu

29 oktyabr (bazar)

16:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev
“Kapital Bank Arena”

18:30. “Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev
“Neftçi Arena”

30 oktyabr (bazar ertəsi)

19:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
T.Bəhramov adına Respublika Stadionu