27 oktyabr 2023 23:06
419

Əli Kərimlini “icevan tülküsü” ilə nə birləşdirir?

Onun Zəngəzur dəhlizi ilə bağlı manipulyasiyaları Nikol Paşinyanın və xaricdəki ermənipərəst dairələrin mövqeyi ilə üst-üstə düşür

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərlə ən ümdə vəzifəni yerinə yetirərək torpaqlarımızı təxminən 30 illik erməni işğalından azad etdi. Tarixi ədalət bərpa olundu. Təəssüf ki, təcavüzkar Ermənistan imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəliklərə əməl etmədi.  Ölkəmizin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edildi. Hayastanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı 2023-cü il sentyabrın19-20-də ordumuz lokal antiterror tədbirləri həyata keçirdi.

Preziden İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə üçrəngli Bayrağımızı ucaltmaqla Azərbaycanın son 200 illik tarixinə yeni səhifə yazdı. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması prosesini ləyaqətlə, şərəflə yerinə yetirdi.

Danılmaz faktdır ki, Ermənistanın təxminən 30 illik işğalına, etnik təmizləməyə və kütləvi dağıntılara baxmayaraq, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən az sonra sonra xoş niyyət nümayiş etdirərək ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında sülh gündəliyini irəli sürmüşdür.  Ermənistan isə əksinə həmin vaxtdan etibarən məqsədli şəkildə prosesi pozaraq Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınaraq hiyləgərcəsinə vaxt udmağa çalışır.

Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə müsahibəsində bildirib ki, tərəflər Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gələ bilmədikdən sonra layihə Azərbaycan üçün cəlbediciliyini itirib. H.Hacıyev, həmçinin bildirib ki, Tehranla razılaşma çərçivəsində Azərbaycan qonşu ölkədən keçən yeni yol xəttinin təməlini qoydu.  Belə ki, oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrakstrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirildi. 

Təbii ki, Zəngəzur dəhlizinin reallaşmamasının əsas günhakarı Ermənistandır. Bunu hamımız yaxşı bilirik. Təkcə dağıdıcı müxalifətin lokomotivlərindən olan AXCP sədri Əli Kərimli və onun orbitində fırlanan “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvləri Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, onların yalanlarınını tirajlayan Qənimət Zahid, Sevinc Osmanqızı, Cəmil Həsənli  kimilərdən başqa.  Bütün dünya bilir ki, ölkəmizin başçısı dəfələrlə bəyan edib ki, “Biz bu qara səhifəni bağlmaq istəyirik”. Həmçinin dövlət başçısı vurğulayıb ki, Azərbaycan Zəngəzura sülh yolu ilə qayırtmaq istəyir. Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə müsahibəsində Zəngəzurla bağlı önəmli məqamlara toxunaraq qeyd edib ki, Azərbaycanın Zəngəzuru ələ keçirmək kimi planı yoxdur.

Yaxşı, belə olan halda Ə.Kərimli nədən  sosial şəbəklərədəki, yorucu, məntiqsiz xəyanətkar və zəhərli moizələri ilə fransız, alman, kanadalı ermənipərəstlərlə və “icevan tülküsü” Nikol Paşinyanla  çiyin-çiyinə verərək Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan əleyhinə təbliğat aparır. Elə buradaca belə bir sual meydana çıxır çıxır: Görəsən Ə.Kərimlini bu cür qatı ermənipərəstlərlə və icevan tülküsü ilə nə birləşdirir?

Ə.Kərimli və onun ətrafındakılar bilməlidirlər ki, təxminən əvvəllər olduğu kimi, bi gün də onların Zəngəzur dəhlizi ilə bağlı sərgilədikləri antimilli fəaliyyət iflasa uğryacaq.

Zahid Rza, “İki sahil”