“Bavariya”nın qapıçısı Manuel Noyer zədəsini tam sağaldıb.
"İki sahil" “Sky Sports”a istinadən xəbər verir ki, almaniyalı qolkiper Bundesliqanın 9-cu turunun “Darmştadt”la sabahkı oyununda meydana çıxacaq.
Xatırladaq ki, Almaniya millisi Qətərdə keçirilən dünya çempionatında çıxışını başa vurduqdan sonra Noyer dağ-xizək kurortunda istirahət edərkən ayağını sındırıb. Futbolçuya sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub. O, 2022-ci il dekabrın 1-dən bəri oynamır.