27 oktyabr 2023 16:19
461

AKAF Türkiyənin iki federasiyası ilə əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə həm Türkiyə Kanoe Federasiyası (TKF), həm də Türkiyə Avarçəkmə Federasiyası (TAF) arasında əməkdaşlıq memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AKAF-ın mətbuat katibi Vüsal Qurbanov məlumat verib.

O bildirib ki, federasiyalar arasında təcrübə mübadiləsinin aparılması gələcəkdə idmançıların birlikdə məşqlər keçməsinə şərait yaradacaq: “Eyni zamanda, federasiyaların birgə təşkilatçılığı ilə beynəlxalq yarışlar da keçiriləcək”.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri keçirilir.