"Yuventus" futbolçusu Federiko Qatti ilə yeni müqavilə imzalayıb.
"İki sahil" klubun saytına istinadən xəbər verir ki, italiyalı müdafiəçi ilə müqavilənin müddəti 30 iyun 2028-ci ilə qədər uzadılıb.
Yeni müqaviləyə əsasən, 25 yaşlı oyunçu Turin klubunda ildə 1,4 milyon avro qazanacaq.
Qeyd edək ki, Qatti 2022-ci ilin yayından "Yuventus"da oynayır. O, bu mövsüm A seriyasında 7 oyunda meydana çıxıb.