26 oktyabr 2023 08:04
501

"Qarabağ" "Bayer"ə qarşı

"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü tur oyununa çıxacaq. 

“İki sahil” xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Almaniya "Bayer"i ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunun baş hakimi rumıniyalı Horatiu Feşniç olacaq. 

Qeyd edək ki, "Qarabağ" keçirdiyi ilk 2 oyunda maksimum nəticə göstərib - 6 xal. Qurban Qurbanovun komandası əvvəlcə "Molde"yə, daha sonra "Hekken"ə qalib gəlib. Eyni uğura "Bayer" də nail olub. Hazırda top fərqinə görə qrupda "Bayer" liderdir, "Qarabağ" isə 2-cidir. 

Avropa Liqası, qrup mərhələsi, 3-cü tur

23:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Horatiu Feşniç, Valentin Avram, Alexandru Cerei, Szabolks Kovaks

"BayArena".

20:45. "Molde" (Norveç) - "Hekken" (İsveç)