26 oktyabr 2023 00:28
420

Bundesliqanın ən aparıcı klublarından birinə qarşı oynayacağıq - Kevin Medina

"Rəqibimizin bu mövsüm göstərdiyi performans göz qabağındadır. Bundesliqanın turnir cədvəlindəki mövqeləri də bunu göstərir. Amma biz də çox yaxşı hazırlaşmışıq. Azərbaycan xalqı bizdən layiqli oyun gözləyir. Onların gücünü bilirik. Biz də bu cür oyunları çox sevirik. Bacardığımızı göstərməyi çox istəyirik. Ümid edirəm ki, bizə bəslənən ümidləri doğruldacağıq. Qənaətbəxş nəticə ilə qayıdacağımıza inanıram".

“İki sahil” xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kevin Medina Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Bayer"lə (Almaniya) oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

K.Medina ölkə çempionatı ilə Avropa Liqasının fərqli turnir olduğunu söyləyib: "Burada tələblər də başqadır. Fərq hiss olunur. Amma istənilən halda hər iki turnirdə maksimum məsuliyyət tələb olunur. Bundesliqanın ən aparıcı klublarından birinə qarşı oynayacağıq. Bu matçda daha məsuliyyətli olmalıyıq".