"FETÖ"nün media strukturu ilə bağlı cinayət işində mühakimə olunan türk müğənni Atilla Taş “dövlət məmurunu təhqir etmək” və “dövlətin hərbi və ya polis qüvvələrini açıq şəkildə təhqir etmək” ittihamları ilə 2 il 2 ay 25 gün həbs cəzası alıb.
“İki sahil” xəbər verir ki, İstanbul 25-ci Ağır Cəza Məhkəməsi 8 mart 2018-ci ildə "FETÖ"nün media strukturu ilə bağlı “təşkilat üzvü olmaq” və “dövlət çevrilişinə cəhd” ittihamı ilə 20-si saxlanılan 29 müttəhimin mühakimə olunduğu işdə qərar qəbul edib. Prosesdə müttəhim Atilla Taş iştirak etməyib. Məhkəmədə onu vəkili Sevgi Kalan Güvercin təmsil edib.
Atilla "dövlət məmurunu təhqir etmə" maddəsi ilə 1 il 9 ay 25 gün, "dövlətin hərbi və ya polis qüvvələrini açıq şəkildə təhqir etmə" maddəsi ilə isə 5 ay həbs cəzasına məhkum olunub.
Qeyd edək ki, müğənni daha əvvəldə həbs edilib. O, “FETÖ” təşkilatına bilərək və istəyərək kömək etmə” səbəbilə 3 il 15 gün həbs cəzası alsa da daha sonra azadlığa buraxılıb.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub