25 oktyabr 2023 10:10
288

Şuşa təmsilçisi Çelenc Kubokunda mübarizəyə başlayır

Kişi voleybolçulardan ibarət "Xarı Bülbül" komandası bu gün Çelenc Kubokunda mübarizəyə başlayacaq.

“İki sahil” xəbər verir ki, Şuşa təmsilçisi 1/32 finalın ilk oyununda Slovakiyanın "TJ Spartak" klubu ilə üz-üzə gələcək.

Bakıdakı Voleybol Mərkəzində reallaşacaq qarşılaşma saat 18:00-da start götürəcək. Qarşılıqlı razılığa əsasən, cavab görüşü də sabah eyni arenada gerçəkləşəcək.