25 oktyabr 2023 09:56
319

MPL: "Sumqayıt" "Sabah"ı qəbul edəcək

Bu gün Misli Premyer Liqasında II turdan təxirə salınmış oyun keçiriləcək.

“İki sahil” xəbər verir ki, "Sumqayıt" "Sabah"ı qəbul edəcək.

"Kapital Bank Arena"da baş tutacaq qarşılaşma saat 18:30-da start götürəcək. Paytaxt klubu 10 xalla 8-ci, "gənclik şəhəri" təmsilçisi 11 xalla 7-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası,

II tur,

22 oktyabr (çərşənbə)

18:30. “Sumqayıt” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Kapital Bank Arena"