24 oktyabr 2023 17:27
345

PFL rəsmisi Millətlər Liqasının oyununa təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.

“İki sahil” xəbər verir ki, PFL rəsmisi qadın futbolçulardan ibarət komandalar arasında Millətlər Liqasının seçmə mərhələsində təşkil olunacaq Sloveniya - Belarus matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 31-də Sloveniyada reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.