24 oktyabr 2023 12:53
329

"Bayer 04" - "Qarabağ" oyununun hakimləri bəlli oldu

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununun təyinatları bəlli olub.

“İki sahil” xəbər verir ki, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Horatiu Feşniçə laynsmanlar qismində Valentin Avram və Alexandru Cerei kömək göstərəcək.

Dördüncü hakim funksiyasını Szabolş Kovaç yerinə yetirəcək.

VAR-da portuqaliyalı Tiaqu Marins və italiyalı Paolo Valeri olacaq.

Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq "Bayer 04" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.